28 Avqust 2017 11:54
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlev Azərbaycanı dünya çempionatında təmsil edən milli komandamızın üzvü Lorentso Sotomayorun qarşılaşdığı hakim haqsızlığı ilə əlaqədar rəsmi şikayət verdiyini açıqlayıb.

Teleqraf.com tass.ru-ya istinadla xəbər verir ki, Umar Kremlev Rusiyanın 1/8 finalda Pyotr Xomukovla kolumbiyalı Xorxe Vivas Palasiosun qarşılaşmasında kobud səhv edən hakimlərin dünya çempionatından kənarlaşdırılmasını tələb etdiyini deyib.

“Biz etirazımızı bildirdik və hakimlərin çempionatdan kənarlaşdırılmasını tələb edirik. Bunu belə qoymaq olmaz. Bu, əsl hakim özbaşınalığıdır. Həmçinin Azərbaycanın hakimlərlə bağlı etirazı var”-, deyə Umar Kremlev vurğulayıb.

Qeyd edək ki, Lorenzo Sotomayor hakim ədalətsizliyi səbəbindən dünya çempionatı ilə vidalaşmalı olub. Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatının 1/8 final mərhələsindəki döyüşdə Azərbaycan millisinin boksçusu Lorenzo Sotomayor misirli Eslam Muhamedlə qarşılaşmada üstün tərəf olsa da, ədalət təmsilçiləri qələbəni rəqibə veriblər. Nəticədə boksçumuz hakimlərin səhvi səbəbindən mundialla vidalaşmaq məcburiyyətində qalıb. Sotomayor 2:3 (28:29, 28:29, 30:27, 27:30, 30:27) hesabı ilə məğlub olub.

Boks üzrə dünya çempionatı avqustun 25-dən sentyabrın 2-dək davam edəcək.


Müəllif: Nərgiz

Oxşar xəbərlər