Azərbaycan millisinin əsas qolkiperi Kamran Ağayev ciddi zədə alıb.
"Qəbələ" klubunun üzvü məşqdə zədələnib.
Hazırda Hollandiyada təlim-məşq toplanışında olan klubun qapıçısı minimum 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Klubdan verilən məlumata görə, Kamran Ağayevin diz bağlarında problem yaranıb.
Qeyd edək ki, Azərbaycan millisi avqustun 20-də Özbəkistanla keçirəcəyi yoldaşlıq görüşündə Kamran Ağayevin xidmətlərindən istifadə edə bilməyəcək./anspress/