İranın İsfahan şəhərində "Dörd millət turniri" davam edir.
Teleqraf.com xəbər verir ki, Azərbaycan millisi debüt matçını ev sahibi İrana qarşı keçirib.
Matç 3:3 hesablı məhsuldar heç-heçə ilə başa çatıb. Paralel keçən digər qarşılaşmada Qazaxıstan və Rusiya komandaları da 3:3 hesablı heç-heçəyə nail olublar.
Qollar: Həsənzadə 3, Tayibi 4, Şacari 28 - Fəozəliyev 2, Karvalyo 14, Tyaqo 38.