İran kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Teleqraf.com-un xəbərinə görə, Təbrizin “Traktor Sazi” klubu bu mərhələdə “İstiqlal Xuzestan”la qarşılaşıb.
Təbrizlilər oyuna əlavə edilmiş 4-cü dəqiqədə meydanda azlıqda qalıb. Vaxtilə “Qəbələ”də çıxış edən Fərzad Hatəmi qırmızı vərəqə alıb. Matçın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Əlavə vaxtda da qol vurulmayıb.
Cütün taleyini penaltilər seriyası həll edib. Burda daha dəqiq olan (4:3) “İstiqlal Xuzestan” yarımfinala vəsiqə qazanıb.