Hollandiyali ulduz Uesli Sneyder Fransanın “Nitse” klubu ilə müqaviləni artırmaqdan imtina edib.
Teleqraf.com xəbər verir ki, öz gözəl oyunu ilə “Qalatasaray”lı azarkeşlərin də sevgisini qazanan Sneyder sevimli klubu ilə yenidən razılığa gəlib. O 1,5 illik müqaviləyə imza atıb. Transferin yaxın zamanlarda rəsmi şəkildə elan olunacağı gözlənilir.
Qeyd edək ki, “Qalatasaray”a 4-cu dəfə baş məşqçi təyin olunan Fatih Terim Yunes Belhandanın performansını bəyənmədiyi üçün, Uesli Sneyderin indiki vəziyyətinin araşdırılmasını tapşırmışdı.