Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) 2017-ci ildə dünyanın ən yaxşı komandalarının adlarını açıqlayıb.
Teleqraf.com-un xəbərinə görə, 112 ölkədən 517 jurnalistin iştirak etdiyi sorğuda İspaniyanın “Real” klubu 23,55 faiz səslə ən yaxşı seçilib.
İkinci yeri futbol üzrə Almaniya millisi tutub. Basketbol üzrə “Qolden Steyt Uorriorz” komandası isə 3-cü olub.
1. "Real" (futbol) - 1096 (23.55%)
2. Almaniya (futbol, kişilər) - 738 (15.86%)
3. "Qolden Steyt Uorriorz" (basketbol) - 601 (12.92%)
4. Sloveniya (basketbol, kişilər) - 412 (8.85%)
5. Fransa (tennis, kişilər) - 333 (7.16%)
6. Hollandiya (futbol, qadınlar) - 288 (6.19%)
7. Fransa (həndbol, kişilər) - 288 (6.19%)
8. İngiltərə (reqbi, kişilər) - 227 (4.88%)
9. Xorvatiya (su polosu, kişilər) - 189 (4.06%)
10. Rusiya (voleybol, kişilər) - 166 (3.57%)