5 Avqust 2014 02:41
547

"Bavariya" klubunun hücumçusu Aryen Robben yeni mövsüm öncəsi iddialı açıqlamaları ilə diqqət çəkib.

"Bild" qəzetinə danışan hollandiyalı futbolçu komandasının yenidən Çempionlar Liqasını qazana biləcəyini deyib:

"Səbirsizliklə yeni mövsümün startını gözləyirəm. Tezliklə komandama qoşulmaq istəyirəm. Biz yenidən Çempionlar Liqasını qazana bilərik. İkiqat kubokun sahibi olmaq çətin tapşırıqdır".

Qeyd edək ki, "Bavariya" sonuncu dəfə Çempionlar Liqasını 2013-cü ildə qazanıb./qol.az/


Müəllif:
Загрузка...