9 Fevral 2018 15:25
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyi edəcəyi 23-cü Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, mərasim 35 min tutumlu Pxençxan Olimpiya stadionunda keçirilir.

Üç saat davam edəcək mərasimdən sonra start veriləcək oyunlar fevralın 25-də yekunlaşacaq.

1988-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edən Cənubi Koreya tarixində ilk dəfə qış oyunlarına ev sahibliyi etmə haqqını əldə edib.

Oyunların keçiriləcəyi Pxençxan şəhəri paytaxt Seuldan 130 kilometr, Şimali Koreyadan 96 kilometr uzaqlıqda yerləşir.


Müəllif: Samir