Rusiyada keçirilən dünya çempionatında bu gün ikinci tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, əvvəlcə G qrupunda İngiltərə və Panama yığmaları qarşılaşıb və 6:1 hesabı ilə qalib gələrək qrupun digər iştirakçısı Belçika kimi 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edib.
Qeyd edək ki, Panama ilk dəfə qatıldığı dünya çempionatında ilk qolunu bu oyunda vurub.
Daha sonra H qrupunda Yaponiya və Seneqal milliləri üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb.
Günün son matçında Polşa Kolumbiyanı sınağa çəkib. İlk turda uduzan tərəflərin duelindən Kolumbiya qalib ayrılıb. 0:3 hesablı yenilgidən sonra Polşa növbəti mərhələ şansını itirib. Kolumbiya isə 1/8 finala adlamaq üçün son turda mütləq Seneqala qalib gəlməlidir.
24 iyun
H qrupu
Polşa - Kolumbiya - 0:3
Qollar: Yerri Mina, 40, Radamel Falkao, 70, Kuadrado, 75
Baş hakim: Sezar Ramos (Meksika)
Kazan, "Kazan Arena"
Yaponiya - Seneqal - 2:2
Qollar: Sadio Mane, 12 (0:1) Takaşi İnui, 34 (1:1), Mussa Vaqe, 71 (1:2), Honda, 78 (2:2)
Baş hakim: Canluka Rokki (İtaliya)
Yekaterinburq, "Yekaterinburq Arena"
G qrupu
İngiltərə - Panama - 6:1
Qol: Con Stounz, 8, Harri Keyn, 22-pen. (2:0), Linqard, 36 (3:0), Con Stounz, 39 (4:0), Harri Keyn, 45+1-pen, (5:0), Keyn, 62 (6:0), Baloy, 78 (6:1)
Baş hakim: Gehad Qrişa (Misir)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu
23 iyun
Belçika - Tunis - 5:2