7 İyul 2018 14:15
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriştiano Ronaldonun trasfer ehtimalı İtalyanın “Yuventus” klubunun səhmlərinin qiymətinin artmasına səbəb olub.

Teleqraf.com xəbər verir ki, portuqaliyalı ulduzun “qoca sinyora” ilə böyük ölçüdə razılaşdığı deyilir.

Kral klubu yanvarda Ronaldonun sərbəst qalması üçün ödənilməli olan təzminatı 1 milyarddan 100 milyon avroya endirib.

Ulduz futbolçunun “Yuventus”la 4 illik müqavilə bağlayacağı gözlənilir. Ronaldo yeni klubunda illik 30 milyon avro qazanacaq.

Ronaldonun transfer iddiaları “Yuventus”un səhmlərini son 3 gündə 200 milyon avro bahalaşdırıb.


Müəllif: Ruslan

Oxşar xəbərlər