Bu gün dünya çempionatında ilk finalçının adı məlum olub.
Teleqraf.com xəbər verir ki, həlledici oyuna vəsiqə üçün ilk olaraq, Fransa və Belçika milliləri mübarizə aparıblar.
Didye Deşamın rəhbərlik etdiyi fransızlar 1/8 finalda Argentina, 1/4-də isə Uruqvayı mübarizədən kənarlaşdırıb. Roberto Martinesin komandası isə pley-offda Yaponiya və beşqat dünya çempionu Braziliyanı evinə göndərib.
Matçın taleyini 1 qol həll edib. İkinci yarının əvvəlində fərqlənən fransızlar 1:0 hesablı qələbə ilə finala adlayıblar.
10 iyul
DÇ-2018
Yarımfinal
Fransa - Belçika - 1:0
Qol: Umtiti, 51
Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu
11 iyul
22:00.Xorvatiya - İngiltərə