12 İyul 2018 00:38
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulur.

Teleqraf.com-un məlumatına görə, ikinci finalçının adı Xorvatiya - İngiltərə matçından sonra müəyyənləşir.

Finala gedən yolda Xorvatiya qrup mərhələsinin maksimum nəticə ilə tamamlasa da, pley-offa 90 dəqiqə ərzində qələbə qazanmayıb. Zlatko Daliçin komandası 1/8 finalda Danimarkanı, daha sonra isə Rusiyanı penaltilər seriyasında üstələyib.

Belçikaya uduzmaqla qrupda ikinci olan İngiltərə yığması isə 1/8 finalda Kolumbiyaya 11 metrlik cərimə zərbələri ilə qalib gəlib. 1/4 finalda isə ingilislər İsveçdən üstün olub.

Qeyd edək ki, qalib glən komada finalda Fransa ilə qarşılaacaq.

DÇ-2018
11 iyul

22:00. Xorvatiya - İngiltərə - 2:1 (Əlavə vaxt)
Qol: Trippyer, 5 (0:1), Perişiç, 68 (1:1), Mandjukiç, 109 (2:1)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Moskva. “Lujniki”

10 iyul
Fransa – Belçika 1:0


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər