İtaliyanın “Kalyari” klubunun keçmiş futbolçusu Kristian Popela avtomobil qəzasında ölüb.
Teleqraf.com xəbər verir ki, iyirmi yaşlı futbolçu Polşada yolda idarəetməni itirib və maneəyə çırpılıb.
Popela 2016-cı ildə “Kalyari”də çıxış edib. Ötən il o, doğulduğu Polşaya qayıdıb.