17 Oktyabr 2018 00:09
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, 5-ci qrupun görüşündə rəqib Norveç yığması olub.

Drammen şəhərindəki "Maryenlist" stadionunda təşkil olunmuş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bolqarıstanlı referi Volen Çinkov 9-cu dəqiqədə meydan sahiblərinin qapısına penalti təyin edib. Fəhmin Muradbəyli bu şansdan yararlanmağı bacarıb. Lakin qələbə hesabını qorumaq mümkün olmayıb. 76-cı dəqiqədə Leo Ostiqard bərabərlik qolunu vurub.

Beləliklə, Rəşad Sadıqovun baş məşqçi olduğu yığma qrupu 10 oyundan 3 xalla sonuncu pillədə başa vurub. Xallarını 15-ə çatdıran Norveç isə qrupu ikinci yerdə tamamlayıb və "play-off"a vəsiqə şanslarını qoruyub.

Qrupun digər oyunlarında İsrail Kosovoya 3:0, Almaniya İrlandiyaya 2:0 hesabı ilə qalib gəlib.

Ötən ay Bakıda keçirilmiş görüşdə Azərbaycan Norveçə uduzmuşdu - 1:3.

Avropa çempionatı

Seçmə mərhələ, 5-ci qrup

16 oktyabr

20:15. Norveç - Azərbaycan - 1:1

Qollar: Leo Ostiqard, 76 - Fəhmin Muradbəyli, 9 (p)

Hakimlər: Volen Çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (hamısı Bolqarıstan)

Drammen. "Maryenlist” stadionu.

Xal durumu: Almaniya - 25, Norveç - 15, İrlandiya - 14, İsrail - 14, Kosovo - 12, Azərbaycan - 3 xal.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər