17 Oktyabr 2018 13:29
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın “Traktor” futbol klubu Asiya qitəsinin ən populyar komandasıdır.

Teleqraf.com xəbər verir ki,Football-clubs” saytının apardığı sorğuda Təbriz təmsilçisi ilk pillədə yer alıb.

Sayt bir neçə gündür qitənin ən populyar komandasını müəyyənləşdirmək üçün sorğu keçirir. İlkin nəticələrə görə, “Traktor” səslərin 23 faizini qazanaraq reytinq cədvəlinə liderlik edir.

Hazırda “Football-clubs” sorğunu davam etdirir, nəticə dəyişə bilər.

Reytinq cədvəlində “Traktor”u “Perspolis”(İran) və “Al-Hilal” (Səudiyyə Ərəbistanı) komandaları izləyir.

Sorğuya qatılmaq istəyənlər http://www.football-clubs.com/afc/ saytına müraciət edə bilərlər.


Müəllif: Mənsur Rəğbətoğlu