İngiltərə Premyer Liqasında 14-cü tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, turun son oyununda "Liverpul" və "Everton" klubları üz-üzə gəliblər. Mersisayd derbisinin taleyini 1 qol həll edib. "Liverpul"un heyətində Divok Oricinin 90+6-cı dəqiqədə vurduğu qol meydan sahiblərinə vacib qələbə qazandırıb. Bu nəticədən sonra xallarının sayını 36-ya yüksəldən "Liverpul" 2-ci pillədəki yerini qoruyub.
Qeyd edək ki, turnir cədvəlinə 38 xalla "Mançester Siti" başçılıq edir.