Noyabrın 24-də Bakıda start götürən “Baku Open” beynəlxalq şahmat turnirinə bu gün yekun vurulub.
Teleqraf.com xəbər verir ki, 9 mümkündən 7,5 xal toplayan Azərbaycan şahmatçısı Eltac Səfərli turnirin qalibi olub. Qədir Hüseynov, Rəvan Əliyev, Samir Davidov (Azərbaycan), Jamsaran Sıdıpov (Rusiya), Timur Qareyev (ABŞ) və İvan Popov (Rusiya) 7 xalla sonrakı yerləri bölüşüblər.
İsveçrə sistemi üzrə keçirilən turnirdə Azərbaycanla yanaşı, Belarus, ABŞ, Ukrayna, Braziliya, Rusiya, Gürcüstan, Fransa, İordaniya və Əfqanıstandan 156 şahmatçı mübarizə aparıb.
İştirakçılardan 16-sı qrossmeysterdir.