UFC çempionu Həbibin atası Abdulmanap Nurməhəmmədov oğlunun irlandiyalı idmançı Konor Makqreqora qarşı revanş döyüşünün şərtlərini açıqlayıb.
“Buyurun, 30 milyon və sizinlə döyüşəcəyik. Bu, Makqreqora təklifdir. Onunla revanş üçün 15 milyon təklif edirdilər. Nəyə lazımdır? Otuz, uşaqlar, otuz”, - deyə A. Nurməhəmmədov vurğulayıb.
Qeyd edək ki, H. Nurməhəmmədov 6 oktyabr 2018-ci ildə K. Makqreqoru məğlub edib.