23 Fevral 2019 20:15
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin anadan olmasından 73 il ötür.

Teleqraf.com klubun saytına istinadən verir ki, 1946-cı il fevralın 23-də Bakıda anadan olan A.Banişevski "ağ-qaralar”ın heyətində (1964-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda 121 qol, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub.

1966-cı ildə "Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) "Neftçi”li "Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.

SSRİ-nin Əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan A.Banişevski daha sonra "Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin "Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və "Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb.

Afrika ölkəsində işlədiyi zaman ağır xəstəliyə tutulan A.Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. A.Banişevski ölümündən bir il əvvəl "Şöhrət ordeni” ilə təltif olunub.

"Neftçi”yə sədaqətini heç vaxt itirməyən "9 nömrə” azarkeşlərin yaddaşında əbədi olaraq qalacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər