Bu gün saat 11:00-da Bakıda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019 – Ulduzlar Finalı” adlı möhtəşəm qarşılaşma keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu matçın iştirakçıları meydana “Qərb ulduzları” və “Şərq ulduzları” adlı komandalarla çıxacaq.
“Qərb ulduzları”ında İrji Dudek, Deku, Maykl Essyen, Eydur Qudyonsen, “Selfie”müsabiqəsinin qalibi (elan ediləcək) və “Futbol bacarıqları” müsabiqəsinin qalibi (elan ediləcək), “Şərq ulduzları”nda Nazim Süleymanov, Vəli Qasımov, Revaz Arveladze, Nihat Kahveçi, Andrey Arşavin, Şöhrət Rəhimov (Region Liqasında ötən mövsümün ən yaxşı qapıçısı) və Tural Dadaşov (“Media İntelektual Kuboku”nun qalib komandasının kapitanı) yer alacaq. Hər komandadan 5 oyunçu meydana çıxacaq, 1 oyunçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək.