21 Mart 2019 22:13
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bu həftə Azərbaycan milli komandası 2020-ci il Avropa Çempionatının seçmə mərhələsində öz yoluna başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi komandanın ilk rəqibi vitse-dünya çempionu – Xorvatiya millisi olacaq. Görüş Zaqreb şəhərində, əfsanəvi “Maksimir” stadionunda baş tutacaq.

Komandalar Avro-2016-nın seçmə mərhələsində artıq görüşüblər. O zaman, səfərdə ağır məğlubiyyətdən (6:0) sonra azərbaycanlılar ev oyununda bir xal qazanmağa müvəffəq olmuşdurlar. O zamandan bəri Xorvatiya millisi ekstra-klass səviyyəsinə yüksələrək Rusiyada keçirilən dünya çempionatında gümüş medal qazanmışdır, onların kapitanı Luka Modriç isə ilin yekununda “Qızıl top” mükafatını almışdır.

Xorvatlar görüşün favoriti sayılırlar, lakin bu heç də demək deyil ki, Azərbaycanın uğur qazanmaq üçün heç bir şansı yoxdur. Hər halda futbolsevərlərin böyük futbol bayramından və bizim futbolçularla “Real”, “Barselona”, “İnter”, “Çelsi” və digər top-klublarda çıxış edən dünya səviyyəli ulduzların qarşıdurmasından zövq almağa əla imkanları olacaq.

1xBet'də mərc edin və arzu etdiyiniz futboldan zövq alın və böyük uduşlar əldə edin!


Müəllif: Teleqraf.com