Hollandiya 4-cü divizionunda kuryoz qol qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, “Harkemas Boys” -“HSV Huk” oyununda matçın baş hakimi meydan sahiblərinin qapısına qol vurub. Referi düzgün mövqe seçmədiyindən qonaqların qapı önünə göndərdiyi top onun ayağına dəyərək qapıya daxil olub.
Qaydalara əsasən qol qeydə alınıb. Görüş “Harkemas Boys”un 4:2 hesablı qələbəsi ilə başa çatıb.