İyunun 1-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə "Vanda Metropolitano" stadionunda iki ingilis klubu – “Tottenhem” və “Liverpul” klubları qarşılaşıb.
Sloveniyalı baş hakim Domir Skominanın idarə etdiyi oyunda hesab erkən açılıb. Matçın 2-ci dəqiqəsində “Liverpul”un futbolçusu Sadio Manenin cərimə meydançasının daxilində ötürməsi “Tottenhem”in müdafiəçisi Musa Sissokonun əlinə dəyib. Hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Məhəmməd Salah fürsəti əldən verməyib - 1:0.
Qoldan sonra hücumun sayını artıran “Tottenhem” rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Sağ cinahdan başlanan hücumda Kiran Trepyer rəqibin qapıçı meydançasına ötürdüyü topu qolkiper dəf etsə də, Hari Keynin vurduğu top qapıdan bir qədər aralı keçib.
Oyunun 37-ci dəqiqəsində Heunq-Min Son qapıcı ilə təkbətək çıxmağa çalışsa da, son anda özünü yetirən Trend Aleksander-Arnold komandasını qoldan xilas edib.
Birinci hissənin qalan dəqiqələrində hesab dəyişməyib və “Liverpul” fasiləyə minimal hesabla üstün yollanıb.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşün ikinci hissəsi də hücumlarla yadda qalıb. Hesabda geridə olan “Tottenhem” sürətli əks-hücumlarla rəqibin müdafiəsini yarmağa çalışıb. Matçın 56-cı dəqiqəsində londonluların futbolçusu Delli Alli cərimə meydançasına daxil olaraq qapıya qüvvətli zərbə vursa da, müdafiəçi Virjil van Deyk təhlükəni sovuşdurub. İkinci matçın sonlarına yaxın Divok Origi fərqlənib. O, “Liverpul”u önə keçirib – 2:0.
Final matçından sonra qaliblər mükafatlandırılıb.
Beləliklə, “Liverpul” tarixində altıncı dəfə UEFA Çempionlar Liqasının qalibi adı qazanıb. “Liverpul” qitənin ən nüfuzlu klub turnirinin bundan əvvəl 1977-ci, 1978-ci, 1981-ci, 1984-cü və 2005-ci illərdə qazanıb.
London klubu UEFA Çempionlar Liqasının iştirakçısı olduğu 8 finaldan 5-də qalib gəlib. 3 dəfə UEFA Kubokunu (1973, 1976, 2001) və eyni sayda UEFA Super Kubokunu (1977, 2001, 2005) əldə edib. "Liverpul” 2006-cı ildə UEFA Avropa Liqasının, 1974-cü və 1978-ci illərdə UEFA Super Kubokunun, 1966-cı ildə Kuboklar Kubokunun, 1981-ci və 1984-cü illərdə isə Qitələrarası Kubokun həlledici görüşündə məğlub olub.
Sonuncu dəfə ötən mövsüm turnirin finalında İspaniya "Real Madrid"i ilə qarşılaşan "Liverpul" 1:3 hesabı məğlub olub. Sonuncu dəfə "mersisaydlılar” Türkiyənin İstanbul şəhərində baş tutan dramatik matçda İtaliyanın "Milan” komandasında qalib gəlib: - 3:3 (penalti - 3:2).
Bu qarşılaşma komandaların tarixləri ərzində 171-ci duel olub. "Liverpul" 80, "Tottenhem" isə 48 dəfə qələbə qazanıb. Qırx üç matçda isə qalib müəyyənləşməyib. "Mersisaydlılar" son 14 görüşdə finaldakı rəqibinə sadəcə 1 dəfə məğlub olub.
Cari mövsümdə "Liverpul" "Tottenhem"i İngiltərə Premyer Liqasında hər iki görüşdə məğlub edib (2:1, 2:1). Komandalar avrokuboklarda bir dəfə 1972-1973-cü illər mövsümündə yarımfinalda qarşılaşıb. "Liverpul" 2 görüşün nəticəsində səfər qolu ilə finala yüksəlib və kuboku qazanıb (1:0, 1:2).
23.36
İngiltərənin "Tottenhem" və "Liverpul" komandaları arasında Çempionlar Liqasının final oyununda hesab erkən açılıb.
Teleqraf.com xəbər verir ki, matçın 1-ci dəqiqəsində təyin olunmuş penaltini "Liverpul"un hücumçusu Məhəmməd Salah dəqiq zərbə ilə qola çevirib.
23:00
UEFA Çempionlar Liqasında İngiltərənin "Tottenhem" və "Liverpul" komandaları arasında Çempionlar Liqasının final oyunu start götürüb.
Oyun İspaniya millisinin sabiq futbolçusu Xuan Antonio Reyesin avtomobil qəzasında ölümü ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.
Komandalar meydana aşağıdakı start heyəti ilə çıxıblar...
"Tottenhem": 1. Uqo Lyoris, 2. Kiran Trippye, 3. Denni Rouz, 4. Tobi Alderveyreld, 5. Yan Vertongen, 7. Hyunq-Min Son, 8. Harri Uinks, 10. Harri Keyn, 17. Mussa Sissoko, 20. Dele Alli, 23. Kristian Eriksen
"Liverpul": 13. Alisson Bekker, 3. Fabinyo, 4. Vircil van Deyk, 5. Jorjinyo Veynaldum, 9. Roberto Firmino, 10. Sadio Mane, 11. Məhəmməd Salah, 14. Cordan Henderson (kap.), 26. Endi Robertson, 32. Joel Matip, 66. Trent Aleksander-Arnold
Qeyd edək ki, oyun İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda keçirilir. Görüşü sloveniyalı Damir Skominanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.