Rusiya Çempionlar Liqasından tamamilə xaric edilə bilər. Buna səbəb turnirin yeni formatıdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya premyer-liqasının prezidenti Serqe Pryadkinin açıqlamasını şərh edən İspaniya çempionatının rəsmi nümayəndəsi Daniel Serexido bildirib.
“İzvestiya” qəzetinə verdiyi müsahibədə D.Serexido qeyd edib ki, UEFA-nın aşağı əmsala malik yerli çempionatları, məsələn Rusiya klubları Çempionlar Liqasından tamamilə xaric oluna bilər:
“Hər şey çox sadədir. Məsələ ondadır ki, Çempionlar Liqasının yeni formatı Rusiya klubları üçün çox əlverişsiz ola bilər”.
D.Serexido həmçinin o fikirdədir ki, Çempionlar Liqasında iştirak etmək üçün yalnız İspaniya, İtaliya, Fransa və Almaniya klubları üstünlüyə malikdir.
Çempionlar Liqasının yeni formatının nə olacağı hələlik məlum deyil. Təfərrütların bir müddət sonra açıqlanması gözlənilir.