"Real"ın baş məşqçisi Zinəddin Zidan və yarımmüdafiəçisi İskonun evləri qarət olunub.
Teleqraf.com xəbər verir ki, cinayətin təfərrüatı açıqlanmır.
"Real" rəhbərliyi futbolçulara təhlükəsizlik tədbirlərini gücləndirməyi və evdə çəkilmiş şəkillərini sosial şəbəkələrdə paylaşmamağı tövsiyyə edib. Rəhbərlik bu cür halların oğrulara kömək etdiyini düşünür.
Qeyd edək ki, bu, İspaniyada futbolçulara qarşı törədilən ilk belə hadisə deyil. Buna qədər Jordi Alba, Kevin-Prins Boatenq, Kərim Benzema, Xoakin, Jerar Pike, Esekiel Qaray, Coffre Kondoqbia və Alvaro Moratanın da evləri qarət olunub.