Naxçıvan şəhəri 2020-ci ildə növbəti beynəlxalq idman yarışına ev sahibliyi edəcək.
Teleqraf.com xbər verir ki, may ayında muxtar respublikanın paytaxtında karate üzrə dünya kuboku keçiriləcək.
Kubokun keçirilməsi fevralın 14-də təsdiq edilən “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nda öz əksini tapıb.
Beynəlxalq yarış Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Gənclər və İdman Nazirliyi və Karate-do Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.