28 Fevral 2020 10:14
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasimə 1/16 final mərhələsini adlayan komandalar qatılacaqlar. Onlardan 15-i artıq müəyyənləşdiyi halda, sonuncu vəsiqənin sahibi təxirə salınmış cavab görüşünün yekununda bəlli olacaq.

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.


Müəllif: Teleqraf.com