25 Mart 2020 01:56
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bavariya"nın futbolçuları maaşlarının 20 faizindən imtina etməyə qərar veriblər.

Teleqraf.com xəbər verir ki, onlar Bundesliqanın koronavirus səbəbindən dayandırılması ilə əlaqədar klub işçilərinə dəstək olmaq üçün bu addımı atıblar. Bununla da oyunçular klubun bütün işçilərinin maaş ala biləcəklər

Qeyd edək ki, bundan əvvəl Josua Kimmix və Leon Qoretzka "Biz koronanı vuracağıq" şüarı altında aksiyaya başlayaraq 1 milyon avroluq yardım etmişdilər. Hücumçu Robert Levandovski də bu aksiyaya qoşulmuşdu.


Müəllif: Teleqraf.com