Almaniya Futbol Liqası (DFL) klubların koronavirus testinin nəticəsini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ilk sınaqda birinci və ikinci Bundesliqa təmsilçilərində oyunçu və klub işçiləri daxil olmaqla, ümumilikdə 1724 test edilib. Nəticələrə əsasən, 10 nəfərdə koronavirus aşkarlanıb.
Bu həftə ikinci sınağın olacağı vurğulanıb. Əgər yeni yoluxma aşkarlanmasa, klublar qrup məşqlərini bərpa edə biləcəklər.
Əlavə olaraq oyunçuların könüllü olaraq testdən keçmək imkanın olacağı vurğulanıb. Komanda qrup məşqlərini bərpa etdikdən sonra futbolçuların həftədə iki dəfə koronavirus testindən keçirilməsi planlaşdırılır.