"Qarabağ"ın sabiq qapıçısı, hazırda "Erzurumspor"da oynayan İbrahim Şehiç koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, o, özünün "Feysbuk" hesabında iddiaları təkzib edib: "Koronavirus? Bu, yalandır. Mən yaxşıyam".
Qeyd edək ki, "Erzurumspor"da 11 nəfərdə koronavirus aşkarlanıb, 72 nəfər isə karantinə alınıb.