Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulacaq.
Teleqraf.com xəbər verir ki, son oyun gününə nəzərdə tutulan iki görüşdən biri başa çatıb. "Zirə" öz meydanında "Sabah"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 2:0. "Sabah" bu qələbə ilə xallarını altıya çatdıraraq liderliyə yüksəlib.
Turun mərkəzi oyunu isə Suraxanıda keçirilir. "Azərsun Arena"da son illərin çempionu "Qarabağ" əzəli rəqibi "Neftçi"ni qəbul edir.
20 sentyabr
20:15. “Qarabağ” – “Neftçi” - 1:2
Qol: Ovusu Kvabena, 10 (1:0), Voislav Stankoviç, 12 (1:1), Namiq Ələsgərov, 68 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“Azərsun Arena”
18:00. “Zirə” – “Sabah” - 0:2
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
Qol: Xulio Sezar Rodriges, 51, Kevin Kubemba, 90+2
Zirə İdman Kompleksinin stadionu
19 sentyabr
"Sumqayıt" - "Səbail" 2:1
"Qəbələ" - "Keşlə" 0:0