14 Oktyabr 2020 01:16
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda çıxış etmiş daha bir futbolçu Dodo Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində Gəncədə baş verən hadisəyə reaksiya verib.

Teleqraf.com xəbər verir ki, “Qəbələ”nin sabiq futbolçusu erməni terrorunu pisləyən paylaşım edib.

O, İnstaqram səhifəsi vasitəsilə “erməni terroruna son” həştəqli “Gəncə üçün dua et” yazılan şəkli paylaşıb.

Qeyd edək ki, oktyabrın 11-də Ermənistan ordusunun Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 10 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər