15 Noyabr 2020 20:18
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mercedes”in britaniyalı pilotu Luis Hemilton Türkiyə Qran-Prisinin yekunları üzrə Formula 1-in yeddiqat çempionu olub.

Teleqraf.com xəbər verir ki, Hemilton bazar günü “İstanbul Park” trasında qalib gələrək Formula 1 pilotlarının 2020-ci il mövsümünün təsnifatında ilk pilləyə yüksəlib. O, 58 dövrəni 1 saat 42 dəqiqə 19,313 saniyəyə başa vurub. Həmin trasda ikinci yeri meksikalı Serxio Peres (“Reysinq Poynt”; +31,633 saniyə), üçüncü yeri isə almaniyalı Sebastyan Fettel (“Ferrari”; +31,960 saniyə) tutub.

Dörd il ard-arda dünya çempionu tituluna yiyələnən Luis Hemilton titulların rekord miqdarına görə almaniyalı Mixael Şumaxerlə bərabərləşib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər