5 Dekabr 2020 00:26
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Keşlə" klubunda koronavirusa yoluxmuş futbolçuların sayı 11-ə çatıb.

Teleqraf.com xəbər verir ki, son olaraq komandanın yarımmüdafiəçisi Con Kamarada infeksiya aşkarlanıb.

Sierra leoneli oyunçudan götürülmüş analizin nəticəsi müsbət çıxıb. Karantinə alınan 32 yaşlı futbolçunun müalicəsinə başlanılıb.

Qeyd edək ki, "Keşlə"də daha əvvəl Rafael Məhərrəmli, Xəzər Mahmudov, Rail Məlikov, Rəşad Sadiqov, Stanislav Namaşko, Tural Axundov, Miyusko Boyoviç, Rəhman Hacıyev, Şəhriyar Əliyev və Vüsal İsgəndərli virusa yoluxub. Son 3 oyunçu artıq xəstəlikdən sağalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər