7 Dekabr 2020 23:43
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çətin qrupa düşdük. Amma hər bir rəqibə qarşı oynamaq olar".

Teleqraf.com xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

25 yaşlı yarımmüdafiəçi uğur qazanmaq istədiklərini bildirib: "Son oyunlarda millidə nəticələr pis olmadı. Həm qol buraxmadıq,həm də uduzmadıq. İstənilən rəqiblə oynaya biləcək gücdəyik. İnanıram ki, daha yaxşı hazırlaşacağıq. Seçmə mərhələdə uğur qazanmaq istəyirik".

Rəqiblərdən Portuqaliyanı fərqləndirən "Keşlə"nin futbolçusu qrupda autsayder olmayacaqlarını vurğulayıb: "Əminəm ki, sonuncu olmayacağıq. Yaxşı nəticələr əldə edəcəyimizə ümidvaram. Portuqaliya qrupun favoritidir. Ən çətin oyunlarımız bu komandaya qarşı olacaq".

Qeyd edək ki, Azərbaycan millisi Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər