Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo azarkeşlərini daha bir rekorda imza atmaqla sevindirib. Teleqraf.com-un məlumatına görə, "Levante" ilə oyunda dubl edən "Real"ın ulduzu La Liqanın ilk 8 həftəsində vurduğu qolların sayını 15-ə çatdırıb.
Bununla da o, 70 il ərzində dəyişməz qalan rekordu təzələyib. Belə ki, 1943/1944-cü illərin futbol mövsümündə Esteban Eçevarriya ilk 8 turda 14 qola imza atmışdı. Ronaldo "Levante" ilə oyundakı ilk qolu ilə onun rekordunu təkrarlayıb, dublunu rəsmiləşdirməklə isə 70 illik rekordu yeniləyib.