20 Dekabr 2020 19:33
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" klubu qış təlim-məşq toplanışı üçün ölkə xaricinə getməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XII turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis ölkə xaricinə çıxmağa risk etməyəcəklərini bildirib: "Oyunçularımız haradasa koronavirusa yoluxsa, onların orada qalmaları bizə sərf etmir. Düşündük ki, burada qalaq, oyunçular öz nəzarətimizdə olsun. Bakıda hazırlaşmağımız daha uyğundur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər