3 Yanvar 2021 21:14
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olunub.

Teleqraf.com xəbər verir ki, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparıb.

Matç Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb. Birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edən 33 yaşlı qrossmeyster bu dəfə də ona şans verməyib. İlk 2 partiyada heç-heçə edən Rəcəbov 3-cü dueldə Aronyan üzərində qələbə qazanaraq, turnirin qalibi və 60 000 ABŞ dolları məbləğində mükafatın sahibi olub.

Qeyd edək ki, Teymur Rəcəbov Airthings Masters" turnirinin dörddəbir finalında Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.

Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər