27 Fevral 2021 23:40
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tottenhem"in futbolçusu Harri Keyn bu yay klubdan ayrılmayacaq.

Teleqraf.com xəbər verir ki, London təmsilçisi oyunçunu heyətdə saxlamaq istəyir.

Həmçinin rəhbərlik inanır ki, koronavirus pandemiyasının dünyada yaratdığı iqtisadi böhran səbəbindən yayda heç kim Harri Keynə yüksək məbləğdə maaş və transfer haqqı təkıif etməyəcək. Bu səbəbdən klub ingiltərəli futbolçunu satmayacaq.

Qeyd edək ki, Keynin hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatır. Lakin oyunçunun bu yay kuboklar qazanmaq istədiyi üçün "Tottenhem"i tərk edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər