27 Mart 2021 10:14
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hədəfimiz və istədiyimiz qələbə qazanmaqdır".

Teleqraf.com xəbər verir ki, bunu Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş Serbiya seçməsinə qarşı keçirəcəkləri 2022 dünya çempionatının seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis rəqibə hörmət etdiklərini, lakin onlardan qorxmadıqlarını bildirib: "Serbiya millisi DÇ-2022-nin əsas mərhələsinə vəsiqə qazanmaq istəyir. Komanda yalnız əks-hücumlarda oynamır. Biz qələbə qazanmaq üçün meydanda əlimizdən gələni edəcəyik".

Portuqaliyalı baş məşqçi I turda Azərbaycan yığmasını 1:0 hesabı ilə məğlub etdikləri matça da toxunub: "Nəzəri olaraq, Azərbaycanla qarşılaşma asan idi, praktikada belə olmadı".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər