19 Aprel 2021 19:39
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasında format dəyişikliyini təsdiqləyib.

Teleqraf.com-un məlumatına görə, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Yeni reqlamentə əsasən, 2024/2025 mövsümündən komanda sayı 32-dən 36-dək artırılacaq və qrup mərhələsi ləğv olunacaq.

Liqa formatında təşkil olunacaq turnirdə hər klub minimum 10 oyun (5 ev, 5 səfər) keçirə biləcək. İlk səkkiz pillənin sahibi avtomatik olaraq 1/8 finala yüksələcək. 9 - 24-cü sırada yer alan komandalar isə son 8 vəsiqə uğrunda pley-off matçları oynayacaq. Duellər 2 qarşılaşmadan ibarət olacaq.

Analoji format dəyişikliyi Avropa Liqası və Konfrans Liqasına da təsir edəcək. Əlavə müzakirə və razılığa əsasən, iki yarışda komanda sayı 36-dək artırıla bilər.


Müəllif: Teleqraf.com