Bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Teleqraf.com-un məlumatına görə, Murad Bazarov (60 kq) və Zamir Məhəmmədovun (97 kq) ilk görüşü 1/4 final mərhələsinə təsadüf edəcək. Namaz Rüstəmov (67 kq) və Tuncay Vəzirzadə (82 kq) yarışa 1/8 final mərhələsindən qoşulacaq.
Xasay Həsənli (72 kq) isə təsnifatda mübarizəyə start verəcək.
60 kq
1/4 final: Murad Bazarov - Qleb Makaranka (Belarus)
67 kq
1/8 final: Namaz Rüstəmov - Mate Nemes (Serbiya)
72 kq
Təsnifat: Xasay Həsənli - Valentin Petiç (Moldova)
82 kq
1/8 final: Tuncay Vəzirzadə - Mixail Bradu (Moldova)
97 kq
1/4 final: Zamir Məhəmmədov - Balaş Kiss (Macarıstan)
Bu gün eyni zamanda yunan-Roman güləşinin 5 çəki dərəcəsi üzrə təsəlliverici və medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kq) bürünc medal uğrunda görüşdə Fabian Şmitt (Almaniya) / Mattias Poutanen (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Taleh Məmmədov finalda Cambolat Lokyayevin (Rusiya) müqavimətini qırmağa çalışacaq. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) isə təsəlliverici görüşdə Varujan Qriqoryanla (Ermənistan) görüşəcək.
55 kq
Bürünc medal görüşü: Eldəniz Əzizli - Fabian Şmitt (Almaniya) / Mattias Poutanen (Finlandiya)
63 kq
Final: Taleh Məmmədov - Cambolat Lokyayev (Rusiya)
77 kq
Təsəlliverici görüş: Sənan Süleymanov - Varujan Qriqoryan (Ermənistan)
Qeyd edək ki, seçmə mərhələ və təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.