7 İyul 2021 22:51
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni mövsümə Avstriyada hazırlaşan “Qarabağ” toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Premyer Liqasının vitse-çempionu Bolqarıstanın MOİK klubu ilə qarşılaşıb.

Fulpmesdəki görüşün taleyini bir qol həll edib. İkinci hissənin ortalarında rəqib qapısına yol tapan Qurban Qurbanovun yetirmələri Avstriya toplanışına qələbə ilə başlayıb. Bu qola 69-cu dəqiqədə Musa Qurbanlı imza atıb.

Qeyd edək ki, “Qarabağ” iyulun 11-də isə Rusiya təmsilçisi “Arsenal”la (Tula), 15-də Almaniya “Auqsburq”u ilə qarşılaşacaq.

Yoxlama oyunu

7 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – MOİK (Bolqarıstan) – 1:0
Musa Qurbanlı, 69


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər