21 Avqust 2021 23:14
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransalı yüngül atletika üzrə idmançısı Saşa Zoya yeniyetmələr arasında Dünya Çempionatında 110 metr maneələrlə qaçışda dünya rekordu vurub.

Teleqraf.com xəbər verir ki, yarışlar Nayrobidə keçirilir.

19 yaşlı idmançının nəticəsi 12.72 saniyə olub və o, bir gün əvvəl (12.93) çatdığı öz nailiyyətini yeniləyib. Bildirilir ki, Zoya məsafəni ümumi dünya rekordundan (12.80) daha sürətli qaçıb, lakin maneələrin hündürlüyü fərqinə görə nəticə dünya rekordu kimi qeydə alınmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər