28 Sentyabr 2021 19:36
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin dördüncü turunun oyunları keçiriləcək.

Teleqraf.com xəbər verir ki, yarışda Azərbaycanı qrosmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Dördüncü turda Ş.Məmmədyarov fransala Maksim Vaşe-Laqrav, T.Rəcəbov polşalı Yan-Kşiştov Duda ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər