"Barselona"nın hücumçusu Serxio Aquero karyerasını başa vuracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Jerar Romero "Tvitter" hesabında yazıb. Bildirilib ki, 33 yaşlı futbolçu gələn həftə keçiriləcək mətbuat konfransında qərarını açıqlayacaq. Aqueronun futboldan getməsinə səbəb ürəyində yaranan problemlərdir.
Xatırladaq ki, argentinalı oyunçu La Liqanın 12-ci turunun “Alaves”lə oyununda (1:1) ilk hissədə əvəzlənmişdi. Sonra onun ürəyində problem olduğu üçün ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilmişdi.
Qeyd edək ki, Aquero bu ilin iyulunda "Barselona"ya keçib. Futbolçu Kataloniya klubuna "Mançester Siti"dən azad agent kimi keçib.