Ukraynanın "Şaxtyor" klubunun direktoru Sergey Palkin Qətərdə baş tutacaq Dünya Çempionatına İranın yerinə Ukrayna milli komandasının qatılması barədə FİFA-ya müraciət ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, Sergey Palkin buna səbəb kimi İranın Rusiyaya saydığı pilotsuz uçuş aparatlarını göstərib.
"İran hakimiyyəti milli komandalarını rahatlıqla izlədiyi bir vaxtda bizim xalqımız onların PUA-ları və raketləri ilə qətlə yetiriləcək, bu yol verilməzdir" - o, qeyd edib.
Qeyd edək ki, Ukrayna milli komandası bu ilin iyununda Dünya Çempionatının Avropa zonası üzrə pley-off mərhələsində Uels yığmasına məğlub olaraq (1-0) mundialdan kənarda qalmışdı.