Millimizin sabiq müdafiəçisi Rail Məlikov "Dənizlispor"la yollarını ayırıb. Məlikovun avqust ayında imzaladığı bir illik müqaviləyə xitam verilib.
Publika.az xəbər verir ki, müqaviləyə xitam verilməsində futbolçunun intizamsız davranışı da rol olynayıb. Belə ki, milli komandalara görə çempionatda fasilə yarananda Rail komandasının düşərgəsinə gec qoşulub. Bunun cəzası olaraq, Məlikov əvəzedici komandaya göndərilmişdi.
Əldə etdiyimiz məlumata görə, Rail əvvəllər formasını geyindiyi "Qəbələ"yə qayıda bilər. Qəbələ komandası baş məşqçi Dorinel Muntyanunun "sükan arxasından" getməsindən sonra rumın çalışdırıcının gətirdiyi legionerlərlə də yollarını ayıracaq. "Qəbələ" artıq indidən yaranacaq boşluqları doldurmaq üçün əl-ayağa düşüb. Bu mənada, Railin keçmiş klubuna qayıtması realdı.