Qətərdəki dünya çempionatının ən yaxşı qolu müəyyənləşib.
Teleqraf.com FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada Braziliya millisinin hücumçusu Rişarlisonun qrup mərhələsinin ilk turunda Serbiya yığmasına vurduğu ikinci qol layiq görülüb.
25 yaşlı forvard 73-cü dəqiqədə qayçı zərbəsi ilə topu rəqibin qapısından keçirib.
Qeyd edək ki, Rişarlison səsvermədə həmyerlisi Neymarı, Səudiyyə Ərəbistanı millisindən Salem Əl-Davsarini, Niderlanddan Kodi Qakponu, Argentinadan Entso Fernandesi, Kamerundan Vensan Abubakarı, Meksikadan Luis Çavesi, Fransadan Kilian Mbappeni və Cənubi Koreyadan Pek Sın Xonu geridə qoyub.