27 Dekabr 2022 11:34
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina Futbol Assosiasiyası (AFA) millinin baş məşqçisi Lionel Skaloninin komandada qalmasını qərara alıb.

Teleqraf.com xəbər verir ki, assosiasiyanın prezidenti Klaudio Tapia 44 yaşlı mütəxəssislə bu barədə söhbət etdiklərini bildirib.

Tapia 2026-cı ildə keçiriləcək dünya çempionatında da Skalonini baş məşqçi kimi görmək istədiklərini bildirib: “Skalonini təyin etdiyimiz vaxt məni dəli adlandırırdılar. İnsanların 99 faizi deyirdi ki, başımız işləmir. Amma indi argentinalılar onunla fəxr edir. Ümid edirəm ki, Skaloni millinin baş məşqçisi olaraq qalacaq. Bizim bu barədə qərarımız qətidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər